.

   
  ReP-bizde.tr.gg
  ► Xeber:
 


AiD`in əsgərlik qabağı iştirak edəcəyi SON GÖRÜŞ. 27 İYUN // 13:30 // TV Club (ünvan: H.Aslanov küçəsi - 119, Mango (Köhnə PORTOFİNO) BİD`i AiD`dən əldə etmək üçün SON ŞANS.
Hip-Hop… Bu iki kəlmə bizə nəyi deyir? Nə gəlir ağlımıza eşidəndə bu sözü? Yığın bir yerə ağlınıza gələn sözləri. Kiminsə düşündüyü sözlər arasında rep, kiminsə Kris Braun, Castin Tiberleyk, kiminsə Tupak, kiminsə, Xose, kiminsə hansısa divarda oxuduğu yazı, kiminsə isə Afrika Bambaata oldu yəqin. Bəs həqiqətdə nədir Hip-Hop? Qanqsterlərin bütün treklərində ağız dolusu danışdıqları çoxunda isə heç reallıqda olmayan tapancalarmı? Lil Conun alt paltarlarından danışmaqdan doymadığı “Candy”lərmi? Lil Veynin kiməsə yalatdırmaq istədiyi “Lolipop”umu? Yox. Heç biri... Hip-Hopun tarixinə nəzər salsaq onu ideologiya halına salan Afrika Bambaata bu adı bu mədəniyyətə verəndə bir məqsədi var idi. O zaman üçün adət halını alan narkotik al-veri, küçə qətlləri, tüfeyli həyat tərzindən öz soydaşlarını uzaqlaşdırmaq. O istəyirdiki müharibələr söz, rəqs, istedad müharibələri olsun. Love, Peace, Unity & Having Fun…İndi dünyadakı yaxşı əməlləri insanlara xoş anlar yaşadan, bütün ağlınıza gələn hərəkətləri bir yerə toplayın. Sevgi, birlik, kömək, paylaşma, sağlam düşüncə, sağlam həyat, əyləncə və s. və i.a. Hansı biri bu kriteriyadan kənara çıxır? Görün Hip-Hop əslində nə qədər xeyirli işləri birləşdirir özündə? Real Hip-Hop budur... Sevgi, hörmət, dəstək və bildiyiniz bütün yaxşılıqlar. Gəlin əsl Hip-Hopun inkişafına kömək edək. Gəlin kimlərisə necə öldürdüyünü mətnlərində deyərək fəxr edənləri, fahişəliyi, əxlaqsızlığı təbliğ edənləri hip-hop adlandırmayaq. Gəlin əsl sənətə qiymət verməyi bacaraq. Küçə rəssamlarının əl işlərini, küçə şairlərinin hisslərini, küçə rəqqaslarının bacarıqlarını, musiqi parçalarından gözəl kokteyl hazırlamağı bacaran djləri layiqincə qiymətləndirək. P.S. Kimlərsə bu məqaləni sonadək oxumayacaq, kimlərsə deyəcək guya bu zordu da, kimlərsə isə nəsə öyrənəcək. Necə ki mən öyrənmişəm vaxtında və öyrənirəm də. Sonuncular ən az olan hissəni təşkil edəcək. Amma gəlin baxaq dünyada ağıllı insan daha çoxdu yoxsa key? Deməli nəticə bizi qane edir. Hip-Hopu hər adam dərk edə bilmir. Öyrənməli və öyrətməli hələ çox şey var gəlin öyrənək və öyrədək. Əsl Hip-Hop üçün..
Azərbaycanı xarici kino festivallarda uğurla təmsil edən və hətta bir sıra mükafatlara layiq görülmüş 40`cı qapı kinosunun soundtrack`i indi xarici saytlardan birində səs verməyə qoyulub. Siz də səs verin və ölkəmizə dəstək olaq. Bu linkə daxil olub səs verə bilərsiniz...Azərbaycan musiqisini təmsil edən bu gənc qrupa dəstək olmaq hər birimizin borcudu. Ölkəmizin adını yüksəklərdə görmək istiyiriksə səs verək hər birimiz. Qeyd: Hər kəs yalnız bir səs versin. Əks təqdirdə verdiyiniz səslər pozulur.
 
   
 
ﷲPowered by: MaMMeD 2oo9-2o10ﷲ Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol